SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi İtaliyada yüksək impaktfaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi İtaliyada yüksək impaktfaktorlu jurnalda dərc olunub
29-11-2021, 18:53

Naxçıvan Dövlət Universiteti “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsi, “Biologiya” kafedrasının dosenti,  biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımovun “Azərbaycan florasında yayılmış qırxbuğumkimlər fəsiləsinə aid yabanı tərəvəz bitkilərinin etnofarmakoloji istifadəsi” adlı məqaləsi İtaliyada yüksək impaktfaktorlu “Biomüxtəliflik jurnal”ında (“Biodiversity journal”) dərc olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məqalədə Azərbaycan florasında geniş yayılmış və xalq təbabətində istifadə  olunan Polygonaceae Juss fəsiləsinə aid bəzi yabanı tərəvəz bitkilərinin etnofarmakoloji və qidalanma əhəmiyyətindən bəhs edilib. Aparılan tədqiqatda dərman kimi istifadə olunan bitkilərin orqanları və inkişaf mərhələləri aydınlaşdırılıb, onların tərəvəz kimi əhəmiyyəti və müalicəvi xüsusiyyətləri müəyyən edilib. Bitkilərin bioekoloji xüsusiyyətləri və yayılma əraziləri aşkar edilib, ehtiyatları qiymətləndirilib. Qeyd edək ki, müəllif etnobotanik tədqiqatları çöl etnoqrafiyası, müşahidə, sorğu, anket, müsahibə və s. üsullarla aparıb.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31