SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı” mövzusunda açıq dərs keçirilib

“Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı” mövzusunda açıq dərs keçirilib
29-11-2021, 18:31

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə “Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı” mövzusunda açıq dərs keçirilmişdir.   

Mərkəzdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, açıq dərsi giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev tələbələrə mərkəz haqqında ümumi məlumat vermişdir. Qeyd olunmuşdur ki,  ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətinin bütün istiqamətlərinin ardıcıl olaraq təkminləşdirilməsi həyata keçirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür.

       Diqqətə çatdırılmışdır ki, böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır.

      Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanda maarifçi-ədəbi mühitin formalaşmasında Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 11 mart 2004-cü ildə “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında”, 20 avqust 2014-cü ildə “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” və 17 sentyabr 2014-cü ildə “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” imzaladığı sərəncamlar ədibin ömür yoluna dərin ehtiramın, fəaliyyətinə və yaradıcılığına verilən yüksək dəyərin bariz ifadəsidir.

       Açıq dərsin sonunda Mərkəzdə yaradılan “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı”-100,  “İsmayıl Hacıyev”-70, “Qars müqaviləsi”-100, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” adlı başlıqlardan ibarət sərgiyə, həmçinin Mərkəzin çap materialları fonduna baxış olmuş, tələbələrin sualları cavablandırılmışdır.v

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31