SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti tələbələri seminarda iştirak ediblər

Naxçıvan Dövlət Universiteti tələbələri seminarda iştirak ediblər
29-11-2021, 17:27

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə “Cinayətlərin açılması və cinayətkarlığın qarşısının alınmasında insan izlərinin tədqiqinin əhəmiyyəti” mövzusunda universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən seminarda çıxış edən fakültənin dekanı, dosent Yusif Hüseynov seminarın əhəmiyyətindən danışıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd edilib ki, bu kimi tədbirlərin keçirilməsi tələbələrin gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev məhkəmə ekspertizası, daktiloskopiya, məhkəmə-daktiloskopik ekspertizanın predmeti, daktiloskopik ekspertizanın obyektləri haqında məlumat verib. Diqqətə çatdırılıb ki, məhkəmə-daktiloskopik ekpertizanın tədqiqat obyektlərinə xüsusi diqqətlə yanaşılmalı, üzərində iz qalması ehtimal olunan obyektlər hadisə yerindən düzgün götürülməli və qablaşdırılmalıdır ki, sonraki tədqiqat prosesində müsbət nəticə əldə etmək mümkün olsun.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31