SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda maarifləndirici tədbir keçirilib

Babək rayonunda maarifləndirici tədbir keçirilib
29-11-2021, 16:48

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tural İsmayılov, muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən, əldə olunan nəticələrdən danışıb. T.İsmayılov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov Federasiya tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən  və qarşıya qoyulan vəzifələrdən bəhs edib. Paralimiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədəki əldə edilən uğurlardan söz açıb.

Tədbirin davamında, sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb. Qeyd edək ki, tədbirdə, 100 nəfərədək müvafiq kateqoriyadan olan şəxs və paralimpiyaçı idmançı iştirak edib. Bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31