SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cəbrayılda təmir-tikinti işləri apara şəxs minaya düşüb, ayağı amputasiya olunub

Cəbrayılda təmir-tikinti işləri apara şəxs minaya düşüb, ayağı amputasiya olunub
29-11-2021, 15:56

Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31