SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib
7-05-2019, 09:29

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında müəllim və texniki işçi heyətinə məlumat vermək olub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin direktoru Sevda Cabbarova bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmış və bu cür maarifləndirici söhbətlərin mütəmadi olaraq davam etdirməsinin vacibliyini vurğulanıb.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin, əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarov qaz və elektrik cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı və onun yaratdığı fəsadlar və qorunma yolları haqqında dinləyicilərə məlumat vermişdir.
Sonda mövzulara aid slayd və videoçarxlar nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031