SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında Elxan Yurdoğlunun tərcüməçilik  fəaliyyətinə həsr edilmiş tədbir keçirilib

Ali təhsil ocağında Elxan Yurdoğlunun tərcüməçilik  fəaliyyətinə həsr edilmiş tədbir keçirilib
25-11-2021, 13:00

Naxçıvan Dövlət Universiteti „ Xarici Dillər“  fakültəsində muxtar respublikanın tanınmış ziyalılarından olan şair-publisist, tərcüməçi Elxan Yurdoğlunun  yaradıcılığına həsr olunmuş görüş keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Şair Elxan Yurdoğlunun tərcümə fəaliyyəti” mövzusundatədbiri giriş sözü ilə açan  fakültə dekanı Şirməmməd Qulubəyli şairin bədii yaradıcılığı haqqında məlumat verib.

 Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Elxan Yurdoğlunun poetizmi, ümumi yaradıcılıq yolu, poeziyaya gəlişi haqqında məlumat verərək şairin yaradıcılığından bəzi şeir nümunələri səsləndirib.

 AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova şairin tərcüməçilik fəaliyyəti haqqında danışıb. Bildirilib ki, Elxan Yurdoğlu türk dillərindən müxtəlif vəznlərdə kiçik və irihəcmli olmaqla nəzm və nəsr nümunələri tərcümə etməklə yanaşı, öz şeirlərinin də müxtəlif dillərə tərcümə olunaraq yayılmasına nail olub.

Sonda şair-publisist, tərcüməçi Elxan Yurdoğluöz yaradıcılığından bəzi şeir nümunələrisəsləndirib. Tələbələr də şairin şeirlərindən bədii qiraət ediblər.

Sualları cavablandırılan tələbələrə şairin imzaladığı şeir kitabları hədiyyə edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031