SON DƏQİQƏ

naxcivanxeberleri.com

Göz qapaqlarında yaranan şişkinliklər və müalicə yolları

Göz qapaqlarında yaranan şişkinliklər və müalicə yolları
6-05-2019, 11:46

Göz qapaqlarında yaranan şişkinliklərə tez-tez rast gəlirik. Bəs göz qapağının şişməsinin səbəbi nədir? Bu şişkinliklər nə zaman baş verir? Şişkinlikləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Bu məqaləmizdə bu suallara cavab verməyə çalışacağam.
Allergiya (müxtəlif səbəblərdən ola bilər), konyuktivitlər, orbita xəstəlikləri, travmalar, böyrək xəstəlikləri, ürək xəstəlikləri zamanı yarana bilər. İlk olaraq ev şəraitində bu şişkinliyin yatması üçün nə edə bilərsiniz? Soyuq su ilə gözlər yuyulmalıdır. Pambıq dəsmalın arasına buz qoyaraq şişkinliyin üzərinə qoymaq lazımdır. Bu zaman çalışmaq lazımdır ki, buz dəri ilə bilavasitə təmas etməsin. Salma çay paketindən də istifadə mümkündür. Belə ki, paketi qaynar suya saldıqdan sonra soyudub göz qapaqlarının üzərinə qoymaq lazımdır. Antihistamin damcı və daxilə antihistamin dərman qəbul etmək olar. Bu zaman mütləq həkim müayinəsindən keçmək və həkim-oftalmoloq məsləhəti ilə qəbul etmək lazımdır.


Həkim-oftalmoloq Kəmalə Əliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031