00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Naxçıvan şəhərinin Xətai məhəlləsində yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib
Muxtar respublikada vətəndaşların telekommunikasiya şəbəkələrindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün yeni nəsil avadanlıqlar quraşdırılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı olaraq əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərində yeni nəsil avtomat telefon stansiyalarının quraşdırılması, aztutumlu telefon stansiyaların isə yüksək montaj tutumuna malik stansiyalar ilə dəyişdirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, Xətai məhəlləsi döngə 25 ərazisində sakinlər üçün bütün telekommunikasiya xidmətlərinin istifadəçilərə çatdırılması imkanlarına malik 512 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılaraq istismara verilib.
Xatırladaq ki, artıq Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində 3 ədəd yeni avtomat telefon stansiyası quraşdırılıb, 2 ədəd aztutumlu telefon stansiyası isə yüksək həcmli yeni stansiya ilə əvəz olunub.
Hazırda sakinlərin keyfiyyətli rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir.