SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nehrəmdə yeni meyvə bağı salınıb

Nehrəmdə yeni meyvə bağı salınıb
5-05-2019, 16:32

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni yaşıllıq zolaqları və meyvə bağları salmaq istəyən ailə təsərrüfatçılarına pulsuz meyvə və meşə tingləri verilir. Yaradılan bu imkanlardan istifadə edən Babək rayon Nehrəm kənd sakini Cəmşid Həsənov 1,3 hektar sahədə meyvə bağı salıb. Bir neçə il əvvəl badam bağı salan təsərrüfatçıya pulsuz tinglərin verilməsi ona bağını genişləndirmək üçün əlverişli bir fürsət olub.

Ailə təsərrüfatçısı deyir ki, “Ailə təsərrüfatları ili”nə bir təsərrüfatçı kimi töhfə verib yeni bağ salmaq istədim. Bunun üçün aidiyyəti dövlət orqanına müraciət etdim və bu təşəbbüsüm müsbət qarşılandı. Necə deyərlər, əkiblər yeyirik, əkirik yesinlər.

Qeyd edək ki, yaşıllıqların artırılmasında, ən əsası isə meyvəçiliyin inkişafına hesablanmış bu tədbir zamanı sahəyə 900-dən çox müxtəlif meyvə tingi əkilib. Sahibkar gələcəkdə bağını daha da genişləndirməyi nəzərdə tutub.

“Şərqin səhəri ” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30