SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda tələbə rəssamların “MƏZUN” sərgisi keçirilib-FOTO

Naxçıvan Müəllimlər  İnstitutunda  tələbə rəssamların “MƏZUN” sərgisi keçirilib-FOTO
4-05-2019, 18:34

Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinin əsərlərindən ibarət sərgi təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, tədbiri giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq sərgidə nümayiş etdirilən tələbələrin əl işləri haqqında və tələbələrin qazandığı uğurlardan söz açıb. Qeyd olunub ki, 2018-2019-cu tədris ilində İnstitutun rəssam tələbələri bir sıra müsabiqə və festivallarda uğurlu nəticələr göstərərək qalib olublar. Sərgidə təqdim olunan rəngarənglik və peşəkar işlərin çoxluğu İnstitutda rəssam tələbələrin təhsili üçün yaradılmış mükəmməl maddi-texniki baza nəticəsində mümkün olmuşdur. “Ebru”, “Heykəltaraşlıq”, “Rəsm” kabinələrində yaradılmış maddi texniki və tədris imkanları bundan sonra daha peşəkar kadrların yetişməsinə öz töhvəsini verəcəkdir. İncəsənət kafedrasının baş müəllimi, Naxçıvan Muxtar respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək qeyd etdi ki, sərgidə IV kusr tələbələrinin 70 dən artıq portret, mənzərə, qrafika janrlarında rəsm əsərləri və dekorativ tətbiqi sənəd nümunələri nümayiş olunur. Tələbələrdən Aysu Süleymanova, Səkinə Musayeva, Rəmzi Rzayev çıxış edərək öz əl işləri barədə məlumat veriblər. Maraqla qarşılanan sərgi 5 gün daha davam edəcək.
Naxçıvan Müəllimlər  İnstitutunda  tələbə rəssamların “MƏZUN” sərgisi keçirilib-FOTONaxçıvan Müəllimlər  İnstitutunda  tələbə rəssamların “MƏZUN” sərgisi keçirilib-FOTO
Naxçıvan Müəllimlər  İnstitutunda  tələbə rəssamların “MƏZUN” sərgisi keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031