SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz 10 kq kürü gətirilməsinin qarşısını alıblar

Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz 10 kq kürü gətirilməsinin qarşısını alıblar
4-05-2019, 17:00

Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 1844 LS" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yoxlama zamanı yük-nəqliyyat vasitəsində yataq üçün nəzərdə tutulan döşəyin alt hissəsindən 20 ədəd plastik qabda, qabları ilə birlikdə ümumi çəkisi 10 kq olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31