SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avtomobil nömrələrinə görə rüsumlar dəyişdirilir

Avtomobil nömrələrinə görə rüsumlar dəyişdirilir
1-11-2021, 11:08

Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik təklif olunur.

Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 1500 manatdan 2000 manata;
- eyni seriya - 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1000 manatdan 1500 manata;
- eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya: 500 manatdan 1000 manata;
- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.

Hazırda isə bu rəqəm 22 manatdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031