11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
10:09 - Tədqiqatlara görə uşaqlar zəkanı anadan alırlar
09:51 - Ukrayna BQ: "Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur"
09:42 - MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
09:32 - “Anatolian Phoenix-2022” beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub - FOTO, VİDEO
Hamiliyə verilən tələbələr üçün seminar keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədlə cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ili üçün birgə tədbirlər planı imzalanıb.
Tədbirlər planının icrası istiqamətində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,keçirilən seminarı giriş sözü ilə fakültənin dekanı Əşrəf Ələkbərov açaraq Sərəncamın əhəmiyyətindən danışmış, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bugünkü seminarın da əsas məqsədi tələbələrin dövlət və bələdiyyə idarəetməsi sahəsində bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.
Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, universitetin müəllimi Səttar Zamanov bildirib ki, Ali Məclis Sədri tərəfindən imzalanan bu Sərəncam muxtar respublikanın ali və orta ixtisas məktəblərində təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Nazirliyin hamiliyə verilən dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara nazirliyin və bələdiyyə orqanlarının gündəlik iş prosesi ilə yerində tanış olmaları üçün şərait yaradılır. Bu da təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə yiyələnməsinə rəvac verir.
Nazirliyin əməkdaşı Rövşən Mirzəyev “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda geniş məruzə etmişdir. Qeyd etmişdir ki, dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında fəaliyyətin öyrənilməsi nəzəri və praktiki əhəmiyyətə malikdir. Məruzəçi hər iki orqanının səlahiyyətlərinin qanunla necə tənzimlənməsi barədə tələbələrə ətraflı məlumat vermişdir.
Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.