SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhidlərimizin anım mərasimi keçirilib

Şəhidlərimizin anım mərasimi keçirilib
27-10-2021, 16:18

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidləri kapitan Əsəd Həsənovun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərid İlyasovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hər iki şəhidin qısa, lakin hər bir gəncə örnək olacaq həyat və döyüş yollarından bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışıblar.
Şəhid ataları Fərhad Həsənov və İbad İlyasov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031