SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda inzibati ərazi dairəsi üzrə nümayəndələrin maarifləndirilməsi davam edir

Naxçıvanda inzibati ərazi dairəsi üzrə nümayəndələrin maarifləndirilməsi davam edir
27-10-2021, 13:00

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində inzibati ərazi dairəsi üzrə nümayəndələrin maarifləndirilməsi məqsədilə təşkil etdiyi seminarlar davam etdirilir. Qeydiyyat və notariat sahəsində əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti seminar Şahbuz rayonunda keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən seminarda çıxış edən Şahbuz Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Söhrab Kərimov vurğulayıb ki, maarifləndirici seminarların keçirilməsi qeydiyyat əməliyyatlarının həyata keçirilməsi zamanı məsul şəxslər  tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilməsinə xidmət edir.

Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzularında çıxışları dinlənilmişdir.

Qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklərində də həyata keçirilir. Qeydiyyat şöbəsi və inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası müvafiq təlimata uyğun olaraq həyata keçirilir. Eyni zamanda notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları bir sıra notariat hərəkətləri aparırlar. Yerli icra nümayəndəlikləri öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməlidirlər. Aparılan əməliyyatlar  zamanı qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir. İştirakçılara “Muxtar Respublika ərazisində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə   nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin əsas məqamları barədə ” məlumat bukleti paylanılmışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031