SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Keçmişdən bu günə Naxçıvan yallıları” müsabiqəsinin seçim turları keçirilib-FOTO

“Keçmişdən bu günə Naxçıvan yallıları”  müsabiqəsinin  seçim turları keçirilib-FOTO
3-05-2019, 18:51

1-3 may tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsinin Şərur Rayon Mədəniyyət Sarayında və Naxçıvan Dövlət Uşaq Teatrında seçim turları keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqənin əsasnaməsinə əsasən, qeyri-peşəkar şəkildə fəaliyyət göstərən yallı dərnəkləri üzvlərinin, yallı qruplarının və həvəskar kollektivlərin iştirak etdiyi seçim turlarına muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də ali və orta ixtisas təhsil müəssisələrindən kollektivlər qatılmışlar. Münsiflər heyəti tərəfindən on ballıq sistemlə qiymətləndirmə aparılan seçim turlarında Şərur rayon Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar”, Kəngərli Rayon Mədəniyyət Sarayının “Sarı gəlin”, Şahtaxtı Kənd Mədəniyyət Evinin “Sevinc”, Sədərək Rayon Mədəniyyət Sarayının “Tejgar”, Culfa Rayon Mədəniyyət Sarayının “Haçadağ”, Babək rayon Kültəpə Kənd Mədəniyyət Evinin “Məhsəti”, Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi”, Naxçıvan Dövlət Universitetinin “Yallı və rəqs”, Naxçıvan Tibb Kollecinin “Birlik” və Naxçıvan Müəllimlər İnistitutunun “Məhəbbət” yallı kollektivləri müsabiqənin əsas turunda iştirak hüququ qazanıblar.

Məlumat üçün qeyd edək ki, iyun ayının birinci ongünlüyündə müsabiqənin əsas turu keçiriləcək. Əsas turda qiymətləndirmə iştirakçı kollektivlərin ifaları “geyim və səhnə mədəniyyəti”, “ifaçılıq məharəti”, “kollektiv hazırlığı” və “vaxta əməl olunması” meyarları üzrə aparılacaq. Bir I, bir II və bir III yerlərin müəyyənləşdirildiyi müsabiqədə qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları ilə təltif olunacaqlar. Qaliblərin mükafatlandırılması müsabiqənin yekun konsertində olacaq.
“Keçmişdən bu günə Naxçıvan yallıları”  müsabiqəsinin  seçim turları keçirilib-FOTO“Keçmişdən bu günə Naxçıvan yallıları”  müsabiqəsinin  seçim turları keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031