SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tüstü bacalarının təmizlənməsi dəm qazı təhlükəsini aradan qaldırır

Tüstü bacalarının təmizlənməsi dəm qazı təhlükəsini aradan qaldırır
23-10-2021, 19:56

Muxtar respublikada payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yaşayış binalarındakı tüstü bacalarında təmizlənmə işləri görülür. Eyni zamanda havaçəkən kanallara baxış keçirilir. Bu tədbirlər dəm qazı təhlükəsini aradan qaldırılması məqsədilə icra edilir.

2020-2021-ci illərin payız-qış mövsümü dövründə dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması məqsədilə 15 ictimai yaşayış binasının 591 mənzilinin tüstü bacası və havaçəkən kanallarına baxış keçirilib, onlardan 350 təmizlənib. Hazırda Naxçıvan şəhərində 2 ictimai yaşayış binasında işlər davam etdirilir.

Naxçıvanda 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə yaşayış binalarının tüstü bacalarında və havalandırma kanallarında təmizlənmə işləri aparır. Vətəndaşlar tərəfindən bağlanılan və ya sökülərək istifadəyə yararsız vəziyyətə salınan tüstü bacaları açılır və yenidən bərpa edilir.

Mütəxəssislər qeyd edir ki, yaşayış binalarında tüstü bacalarının vaxtında təmizlənməməsi bir çox hallarda insan sağlamlığı üçün təhlükə yaradır. O da faktdır ki, mənzillərdə quraşdırılan və qazla işləyən sobaların, suqızdırıcıların istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi, tüstü bacalarının və havalandırma kanallarının işlək vəziyyətdə olmaması nəticəsində dəm qazından zəhərlənmə kimi xoşagəlməz hallar baş verir. Buna görə də təhlükəsizlik qaydalarına uyğun olaraq mənzillərdəki su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə, digər qızdırıcı cihazların tüstü bacaları isə istilik mövsümündən əvvəl mütləq təmizlənməlidir.

Mənzillərdə dəm qazından zəhərlənmələrin qarşısını almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlara aşağıda qeyd olunan qaydalara əməl etmələrini tövsiyə edir:

  • tüstü bacalarının, mətbəxt və vanna otaqlarının ventilyasiya kanallarının sazlığı mütəxəssislər tərəfindən mütəmadi yoxlanılmalı, nasaz tüstü bacaları mənzil istismar idarələri və mənzil sahibləri tərəfindən qış mövsümü başlayanadək işlək vəziyyətə gətirilməlidir;
  • eyni vaxtda qazla işləyən bir neçə soba və suqızdırıcının tüstü borusunu bir tüstü borusuna qoşulması məqsədəuyğun deyil. Belə hallar dəm qazının birbaşa mənzilə dolmasına və zəhərlənməyə səbəb ola bilər;
  • mənzillərdə təmir işləri aparılarkən tüstü bacalarını və havadəyişmə kanallarını sökmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan yerləri  bağlamaq olmaz;
  • tüstü bacalarının içərisindən su və qaz xətlərinin çəkilməsinə yol vermək olmaz. Belə ki, tüstü bacalarının divarlarının zədələnməsi və ya uçması nəticəsində onların tutulması və yararsız vəziyyətə düşməsi baş verir;
  • nasaz tüstü bacalarına qazla işləyən sobaların və suqızdırıcıların çıxış borularının qoşulması qadağandır;

Yadda saxlayın!

Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031