SON DƏQİQƏ

naxcivanxeberleri.com

İKT VƏ DƏRS VƏHDƏTDƏ OLARSA...

İKT VƏ DƏRS VƏHDƏTDƏ OLARSA...
23-10-2021, 19:12

Ölkəmizdə qloballaşmanın geniş vüsət aldığı, zəngin mədəniyyət və iqtisadiyyata malik bir cəmiyyətin formalaşdığı, intellektə və biliklərə söykənən güclü bir dövlətin yarandığı zamanda hər bir vətəndaşın, şagirdin, tələbənin, müəllimin ətraf aləmlə tanış olması, onu öyrənməsi və müsbət dəyişikliklərdə iştirak etməsi ön plana çəkilir. Onlardan cəmiyyətin inkişafı naminə fəaliyyət göstərməsi tələb olunur. 

Azərbaycan təhsilinin günü-gündən inkişaf etməsi, dünya təhsil sistemində özünəməxsus yer tutması çox sevindirici bir haldır. Prezidentimiz cənab İlham Əliyevin “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın imzalamasından və 2013-cü ili “İKT” ili elan etməsindən sonra bu inkişaf daha da sürətləndi. Məqsəd elmdə, təhsildə, iqtisadiyyatda yeni texnologiyalardan istifadə edərək, ölkənin sosial-iqtisadi inkişafının intensivləşdirilməsini həyata keçirməkdir. Bu məqsədə  uyğun surətdə sosial həyatın bütün sahələrində olduğu kimi təhsildə də yeni texnologiyaların səmərəli tətbiqinə üstünlük verilməlidir.

Avropa standartlarına uyğun məktəb binalarının, müasir texnoloji avadanlıqlarla təmin olunmuş sinif otaqlarının sayı durmadan artır. Azərbaycan təhsilini dünya səviyyəsində görmək istəyimiz təhsildə İKT-nin rolunu zəruri edir. Çünki biz texnologiya əsrində yaşayırıq. Elmin, sivilizasiyanın heç bir sahəsini müasir texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Buna görə də, hər bir müəllim müasir texnologiyaların sirlərinə bələd olmalı, onlardan tədris zamanı düzgün və səmərəli şəkildə istifadə etmə vərdişlərinə yiyələnməlidirlər. Son illər, bu sahədə Naxçıvan Muxtar Respublikası məktəbləri və müəllimlər üçün geniş imkanlar yaradılır: müasir texnoloji avadanlıqlarla təchiz olunmuş məktəblər, savadlı təlimçilərin idarə etdiyi kurslar təşkil olunur və s. Bu zaman, müəllimlərin öhdəsinə yalnız və yalnız, bu geniş imkanlardan yararlanaraq fənlərin tədrisi zamanı müasir texnologiyalardan istifadə etmək qalır. Hər bir müəllim dərsinin yüksək və səmərəli şəkildə tədris etməsi üçün təlimdə müasir texnologiyaların istifadəsinə həsr olunmuş kurslardan keçməli, müəyyən sertifikatlara ən əsası isə İKT-dən səmərəli istifadə vərdişlərinə yiyələnməlidir.

Məktəblərin kompüterləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklər yaradır. Təcrübə göstərir ki, informasiya texnologiyalarından bu gün nəinki məktəbin idarə olunmasında, həm də dərsdənkənar və məktəbdənkənar tədbirlərin həyata keçirilməsində də geniş istifadə olunur. Xüsusən də internetin yaranması, gənclər arasında onun çox məşhur olması, təhsilin çox müxtəlif sahələrində yeni-yeni üfüqlər açır. Kompüterlərin təhsil sahəsinə inteqrasiyası da bu tendesiyaları əks etdirir. Kompüterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır. Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT strukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərindən biri olub. Bunun üçün son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının bu sistemin inkişafına prioritet istiqamətlərindən biridir.

Hazırda Respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə, təbii ki, orta məktəbdən başladığı üçün bu sahədə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biridir.

Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Naxçıvan Muxtar Respublikasında tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur. Hər bir müəllim diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tətbiq edə bilər.

Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışı deməkdir.

Dərslərdə İKT-dən düzgün istifadə  onlarda düşünmə qabiliyyəti artır və aşağıdakı istiqamətlərdə inkişaf gedir:

  1. Şəxsilikdən ictimailiyə doğru
  2. Asılılıqdan müstəqilliyə doğru
  3. İKT-dən istifadə vərdişlərinə doğru
  4. İntuisiyadan məntiqə doğru
  5. Tək fikirlilikdən alternativliyə doğru
  6. Yaradıcılığa və vizual effektlərə doğru
  7. Müstəqil tədqiqat işlərinin aparılması vərdişləri təkmilləşir
  8. Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyəti artır
  9. Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı formalaşır
  10. Təbiətə sevgi və onun qorunması istəyi dərinləşir
  11. Kompüter proqramları ilə tanış olurlar
  12. Şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı  formalaşır
  13. Auditoriya qarşısında sərbəst çıxışetmə qabiliyyəti yaranır

Unutmamamaq lazımdır ki, biz şagirdlərin bilik, bacarıq, vərdişlərini və dünyagörüşünü inkişaf etdirməklə, müstəqil Respublikamızda iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, insanların elmi potensialını, təhsilini, yəni əhalinin həyat səviyyəsini yüksəltmiş oluruq.

Lamiyə Quliyeva

Biologiya üzrə fəlsəfə doktoru

ADAU, baş müəllim

 

Kəmalə İbrahimova

Naxçıvan Müəllimlər İnstitutu, baş müəllim

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031