SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Sərhəd fədaisi” filminin təqdimatı keçirilib

“Sərhəd fədaisi” filminin təqdimatı keçirilib
23-10-2021, 17:44

“Azərbaycan İstiqlal Muzeyində” ilk sərhədçi general Mustafa Nəsirovun 100 illik yubileyinə həsr olunan “Sərhəd fədaisi” sənədli filminin təqdimatı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, filmin müəllifi jurnalist Mehman Davudoğludur.

Təqdimat mərasimində bildirilib ki, Mustafa Nəsirov 91 ilə yaxin mənalı və şərəfli ömür sürüb. Onun yarım əsrdən çoxunu Sərhəd Qoşunlarına həsr edib. İlk Azərbaycanlı general olması ilə hər zaman fəxr edib. 1968-ci ildə milli lider Heydər Əliyevin təşəbbüsüilə SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Ulu öndərin dəstəyi ilə general rütbəsinə qədər yüksəlib. Bir çox orden və medallarla təltif olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Mustafa Nəsirova hər zaman qayğı ilə yanaşıb. Prezidentin 24 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib.

Bildirilib ki, Mustafa Nəsirov 2011-ci il may ayının 27-də dünyasını dəyişib. General II Fəxri Xiyabanda dəfn olunub.

Daha sonra tədbir iştirakçıları general Mustafa Nəsirova həsr olunan sərgi ilə tanış olublar. Sərgidə ilk sərhədçi generalın həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və kitablar, şəxsi əşyaları, çoxsaylı orden və medalları nümayiş olunub.

Mərasimdə Veteranlar Təşkilatının üzvləri, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Vətən müharibəsi qəhrəmanları, generalın ailə üzvləri iştirak edib.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabr ayının 27-ə qədər davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031