18:00 - Ordubad rayonunda “Açıq qapı” günü keçirilib-FOTO
17:55 - Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
17:45 - Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:35 - Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"
17:30 - Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"
17:20 - Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
17:15 - Ötən il və bu il 242 uşaq övladlığa verilib
17:10 - Şəhid ailələri və müharibə əlilləri bu il azı 1500 mənzil və ya fərdi evlərlə təmin olunacaq
17:00 - Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:50 - Naxçıvanlı güləşçi mükafatçılar sırasında-FOTO
16:45 - Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”
16:40 - Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
16:35 - Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq
Səfir Hildi Hamid: “Naxçıvanın turizm potensialından indoneziyalıların istifadə etməsi fəaliyyətimin əsas istiqamətlərindən biri olacaq”
İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid oktyabrın 21-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
İndoneziyanın səfiri səfər çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsinə dərin ehtiramını bildirib, Heydər Əliyev Muzeyini ziyarət edib.
İndoneziyalı diplomat “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib, Duzdağ Fizioterapiya Mərkəzində olub. Səfir Naxçıvan Muxtar Respublikasında yaşayan İndoneziya vətəndaşları ilə də görüşüb.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağın nəzərinə çatdırılıb ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən müəssisələrin yüzlərlə çeşiddə məhsulları nümayiş olunur. Məlumat verilib ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
“Gəmiqaya Meyvə Məhsulları Kompleksi”, “Gəmiqaya Bərəkət Qida Məhsulları” və “Ləzzət” Qida Sənaye Məhdud Məsuliyyətli cəmiyyətlərində olan səfirə məlumat verilib ki, hər üç müəssisə muxtar respublikanın ərzaq tələbatının ödənilməsində mühüm rol oynayır.
Həmin gün qonaq Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində İndoneziya mədəniyyəti ilə bağlı təşkil olunmuş təqdimat mərasimində iştirak edib, milli rəqslərin nümayişini izləyib.
Səfir Hildi Hamid “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Bu, mənim Naxçıvana ilk səfərimdir, buna görə də məqsəd regionla yaxından tanış olmaqdır. Artıq iki gündür, buradayam və demək istəyirəm ki, Naxçıvan haqqında təəssüratlarım çox zəngindir. Ən çox xoşuma gələn buranın təmizliyi, insanların mehriban və qonaqpərvər olmalarıdır. Bu müddətdə Naxçıvanda bir çox yerlərdə olduq, Duzdağ, Əshabi-Kəhf ziyarətgahı çox cəlbedici məkanlardır. Bunlar Naxçıvanın qədim tarixə, mədəniyyətə malik olduğunu göstərir. Həmçinin burada yerli ərzaq məhsullarının istehsal olunduğu müəssisələrdə olduq. Müəssisələrin iş şəraiti, istehsal olunan keyfiyyətli məhsullar Naxçıvanın həm də bu yöndə inkişafını göstərir. Düşünürəm ki, Naxçıvanın böyük potensialı var və İndoneziyada tanınmalıdır. Bu diyarın turizm potensialından indoneziyalıların istifadə etməsi fəaliyyətimin əsas istiqamətlərindən biri olacaq. Düşünürəm ki, bizim ölkədən Türkiyə və ya ərəb ölkələri istiqamətində hərəkət edən turistləri Azərbaycana, xüsusilə Naxçıvana cəlb etmək mümkündür”.
Qeyd edək ki, İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatır. Həmin gün qonaq Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix Memarlıq və “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Komplekslərində olacaq, Xalça Muzeyini ziyarət edəcəkdir.
Səbuhi HƏSƏNOV