SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan XII-XIV əsr mənbələrində” mövzusunda açıq dərs keçirilib-FOTO

“Naxçıvan XII-XIV əsr mənbələrində” mövzusunda açıq dərs keçirilib-FOTO
22-10-2021, 17:00

       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə “Naxçıvan XII-XIV əsr mənbələrində” mövzusunda açıq dərs keçirilmişdir.  

Mərkəzdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, açıq dərsi giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev tələbələrə mərkəz haqqında ümumi məlumat vermişdir. Qeyd olunmuşdur ki,  müstəqillik əldə etdikdən sonra ölkəmizin hər yerində olduğu kimi böyük bir tarixi keçmişə malik olan Naxçıvan Muxtar Respublikasında da bölgənin tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır. Təşkil olunan elmi ekspedisiyalar, aparılan arxeoloji tədqiqatlar Naxçıvanşünaslığın digər istiqamətlərinin də öyrənilməsinə ciddi əsas yaratmışdır. Naxçıvanşünaslığa aid çoxlu sayda monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.

     Qeyd olunmuşdur ki,  qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

     Daha sonra mərkəzin elmi katibi “Naxçıvan XII-XIV əsr mənbələrində” mövzusunda tələbələrə geniş məlumat vermişdir.

    Açıq dərsin sonunda Mərkəzdə yaradılan “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı”-100,  “İsmayıl Hacıyev”-70, “Qars müqaviləsi”-100, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” adlı başlıqlardan ibarət sərgiyə, həmçinin Mərkəzin çap materialları fonduna baxış olmuş, tələbələrin sualları cavablandırılmışdır.

 

 

      

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031