20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
15:56 - Hacı Əliyev Naxçıvanda güləşçilərə seminar keçib-FOTO
15:35 - İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib-FOTO, YENİLƏNİB
Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib - ANAMA sədri
2020-ci il 10 noyabr üçtərəfli bəyanatından indiyədək 18 min hektardan çox ərazi təmizlənib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Türkiyənin "Anadolu" Agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə döşənən minaların təmizlənməsi tədbirləri davam edir:
"İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 15-dək 18302 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:
Həmin ərazilərdə 22 230 partlamamış hərbi sursat, 17 426 piyada əleyhinə mina, 8 755 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri fasiləsiz davam edir”.
Sədr həmçinin bildirib ki, bu işlər ilk olaraq magistral, dəmir yolu, obyekt və yaşayış yerləri üçün nəzərdə tutulan ərazilərdə aparılır.