SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda “Magistrantların elmi fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Magistrantların elmi fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
19-10-2021, 23:51

Naxçıvan Müəllimlər İnstitutunda “Magistrantların elmi fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Müşavirədə II kurs magistrantlar və elmi rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirib ki, ölkəmizdə və o cümlədən muxtar respublikamızda elmi və pedaqoji kadrların hazırlanmasına böyük diqqət və qayğı var. Naxçıvan Müəllimlər İnstitutunda 5 istiqamət üzrə doktorantura səviyyəsinə qəbulun aparılması və pedaqoji elmlər üzrə Dissertasiya şurasının fəaliyyəti bunun bariz nümunəsidir. Müasir dövr elm və innovasiyalar əsri adlandırılır. İndi yeni çağırışlara cavab verəcək elmi və pedaqoji kadrların hazırlanması ixtisaslı kadr hazırlığı həyataa keçirən ali təhsil müəssisələrinin qarşısında duran ən mühüm vəzifələlərdəndir. Bu çağrışların icrası institutun professor-müəllim heyəti qrşısında mühüm vəzifələr müəyyənləşdirir. Magistratura səviyyəsi elmi tədqiqata yönəlmənin əsas mərhələlərindən biri kimi qiymətləndirilir. Bu baxımdan magistr dissertasiya mövzuları müəyyənləşərkən müasir problemlərin tədqiqi diqqət mərkəzində olmalıdır. Haliyədə institutumuzda II kurs magistratura pilləsi üzrə 40 nəfər müxtəlif mövzularda dissertasiya işi yerinə yetirir. İxtisas kafedralarından verilən məlumatlar bunu deməyə əsas verir ki, dissertasiyaların işlənmə vəziyyəti eksperimental hissənin işlənməsi mərhələsindədir. Magistrantların mövzuları üzrə 1 elmi məqaləsi və 1 konfrans materialı dərc olunub. Bu aparılan işlərin mütəşəkkiliyindən xəbər verir. Rektor vurğulamışdır ki, bundan sonra da elmi rəhbərlərin və magistrantların fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalı, manitorinq və qiymətləndirilməsi aparılmalı, müntəzəm olaraq dissertasiyaların işlənmə vəziyyətləri müzakirə olunmalıdır.

Müşavirədə İnstitutun prorektoru, p.ü.f.d. Çapay Quliyev, Elmi katibi, dosent Qurban Qurbanlı, Pedaqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov, Magistartura və doktorantura üzrə mütəxəssis, dosent Qızıltac Şahbazova çıxış edib. Müşavirə magistrantlraın fəallığı ilə müzakirə formatında davam etdirilib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031