SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının Babək rayon gənclərinə təqdimatı keçirilib

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının Babək rayon gənclərinə təqdimatı keçirilib
19-10-2021, 20:47

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Babək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirin əvvəlində Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirmişlər ki, doğma Naxçıvanımız hər zaman kitaba və elmə xüsusi qayğının məskəni olmuşdur. Tariximiz elmə və ədəbiyyata önəmli töhfələr verən şəxsiyyətlərlə, elm adamları və ədiblərlə zəngindir. Səhifələri mədəniyyətdən, quruculuqdan, yaradıcılıqdan və əzmkarlıqdan ibarət qürurlu tarix yazmaq ənənəsi günümüzdə daha dinamik bir şəkildə davam edir. Bu ənənənin yaşamasında gənclərin önəmli rolu nəzərə alınaraq mütəmadi olaraq muxtar respublikanın tanınmış yazıçılarının, elm nümayəndələrinin və gənclərin iştirakı ilə kitab təqdimatları, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirələri təşkil olunur. Qeyd olunmuşdur ki, bu gün Babək rayon gənclərinə təqdim olunan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı da gənclər üçün ən az “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitablar qədər önəmlidir. Belə ki, bu monoqrafiya muxtar respublikanın 1995-2019-cu illər ərzində sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir. Daha sonra akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikamızın son 25 ildə keçdiyi inkişaf yolundan, həyata keçirilən layihələr və qazanılan nailiyyətlərdən geniş bəhs etmiş və bildirmişdir ki, monoqrafiyada muxtar respublikada məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilib, demoqrafik proseslər və məşğulluq problemlərinin həlli, səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının qorunması məsələsi araşdırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması haqqında, eləcə də digər tarixi sərəncamların əhəmiyyətindən, muxtar respublikamızda elm və təhsilin inkişafı, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və elmi nəticələrin xaricdə tanıdılması sahəsində mühüm addımlar atılmasından ətraflı bəhs olunub. Akademik İsmayıl Hacıyev qeyd edib ki, bu nəşrdə tarixi irsin qorunması, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər geniş şərh olunub, Naxçıvan Muxtar Respublikasının “Caspian European Club”-ın Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinin qalibi olması faktı da öz əksini tapıb. Monoqrafiyada Vətənimizin ayrılmaz parçası olan Naxçıvanda Heydər Əliyev ideyalarına dərin sədaqət, uğurlu idarəetmə sayəsində bütün sahələrdəki intibah təhlil edilir, gələcək müvəffəqiyyətlər proqnozlaşdırılır.

Tədbir iştirakçı gənclərin müəllifə sualları əsasında müzakirə şəklində davam edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031