SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərəfli ömür yolu keçən Şəhid- FOTO

Şərəfli ömür yolu keçən Şəhid- FOTO
19-10-2021, 19:05


Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

Elə öz vətəndaşlıq borcumuzu yetirmək daha bir igidimizi sizə də tanıtmaq məqsədilə Leytenant - Qəhrəmanov Elməddin Niyaməddin oğlunun ailəsini ziyarət etdik. Qəhrəmanımızın atası, Niyaməddin bəy, anası Təranə xanım, qardaşları Fərid və Emin bizi qarşılayıb şəhidimizin bir muzeyi xatırladan otağına apardılar. Səmimi söhbətimiz oldu. Baxışlarında həm kədər, həm qürur gördüyümüz şəhid anası Təranə xanım deyir ki, "Bu gün ağlamayacağıma söz vermişəm.

Baxın....Elməddinin döyüşlərdə geyindiyi çəkmələrinin palçığını yumamışam. Necə varsa, elə də qalsın. Elməddin bu çəkmələrlə azad etdikləri torpaqlara ayaq basıb.

Təranə xanımı dinlədikcə dastanların necə yarandığının qəhrəman anaların məğrur duruşunun şahidi olduq. Yalnız belə qadınlar qəhrəman övladlar yetişdirə bilər.

Elməddin  26 yanvar 1997 –ci ildə  Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. O, 3 oğul övladın ortancılı idi. 2003-2011-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində təhsil alıb. 2011-2014-cü illərdə isə Heydər Əliyev adına liseydə, daha sonra isə Azərbaycan Ali Hərbi Məktəbində ( 2014-2018) təhsil almışdir. 2018-ci ildə Leytenant hərbi rütbəsini alaraq, ilk xidmət yeri olan Agdam rayonuna yollanmışdır. Əvvəlcə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır.

Xidmət etdiyi qısa zamanda dəfələrlə ayın və ilin nümunəvi tağım komandiri kimi seçilənlərdən olmuşdur.

Zabit yoldaşları arasında ünsiyyətcil olduğu üçün çox sevilən ve xüsusi hörmətə malik bir zabit idi. Həmişə çalışırdı ki, əsgərləri üçün nümunəvi bir zabit olsun və o, buna da, nail olmuşdur. 2020-ci ilin əvvəllərində ailə qurmaq üçün hazırlıq işlərinə də, başlamış və sevdiyi qıza nişanlanmışdır. İkinci Qarabağ savaşı, 44 günlük “Vətən” müharibəsi başlayan kimi Elməddin də, digər zabit dostları kimi erməni faşistləriylə savaşa qatıldı. Hər döyüş zamanı özündən rütbəcə böyük zabit yoldaşlarından göstərdiyi qorxmazlığına, zabit çevikliyinə görə şifahi təşəkkürnamə alırdı.

Sonuncu döyüş tapşırığı 6 oktyabrda olub. Elməddin yenə də düşmənə qan uddurur, böyük itki verdirirdi. Qəhrəman zabitimiz  döyüşlərdə heç vaxt düşmənə təslim olmayacağını deyirdi və bu belə də, oldu.

Elməddin Qəhrəmanov  Ağdam rayon ərazisində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənin atdığı ağır artilleriya zərbəsi nəticəsində, boğazından aldığı qəlpə yarası ilə qəhramancasına Şəhid oldu.

Şəhid zabitimiz sağlığında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik ordeni və bir cox xidmətdə fərqlənmə, diplom və təşəkkürnamələri ilə təltif olunub.

Qanı və qəhrəmanlığı ilə tarixə iz salan Qəhrəmanov Elməddin  ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda" , Cəsur Döyüşçü" və Ağdamın azad olunmasıma görə" medalları ilə təltif olunub.

Qəhrəmanımızın atası, Niyaməddin bəyə, anası Təranə xanıma, qardaşları Fərid və Eminə bizimlə səmimi söhbətlərinə görə təşəkkür edirik.

Bəxtiyar ƏLİYEV

 


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031