SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda qida təhlükəsizliyi sahəsində 20-dən çox laboratoriya yaradılıb

Azərbaycanda qida təhlükəsizliyi sahəsində 20-dən çox laboratoriya yaradılıb
3-05-2019, 11:41

Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya yaradılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, həmin laboratoriyalardan 6-ı Abşeronda, 15-i ölkənin digər regionlarında yaradılıb.

Dövlət Proqramından danışan Q.Təhməzli deyib ki, onun reallaşdırılması əhalini sağlam və təhlükəsiz qida məhsulları ilə təmin etməyə imkan verəcək və qida mənşəli xəstəliklərin azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Dövlət Proqramı qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasını, əhalinin keyfiyyətli və təhlükəsiz qida ilə təminatı məsələsinin təkmilləşdirilməsini, yerli məhsulun rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılmasını nəzərdə tutur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031