SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib
3-05-2019, 09:43

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Tədris Şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı göstərib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Yeni Azərbaycan Partiyası ərazi ilk Təşklatının Sədri, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Asəf Əliyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin qorunmasına əvəzsiz töhfələr bəxş etmiş Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumat veriib.
Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından danışıb.
Sonra tədbir tələbələrin, müzakirəsi və təklifləri ilə davam edib.



Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib
Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031