SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda əmək yarmarkalarında 241 nəfər işlə təmin olunub

Naxçıvanda əmək yarmarkalarında 241 nəfər işlə təmin olunub
3-05-2019, 09:41

Aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada növbəti əmək yarmarkaları keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,əvvəldən nəzərdə tutulmuş qrafik əsasında keçirilən əmək yarmarkalarında işaxtaranlara 223 idarə, müəssisə və təşkilatdan 1861 boş iş yeri təqdim edilib. Təqdim olunmuş boş iş yerlərindən 586-sı fəhlə, 1211-i qulluqçu, 64-ü xidmət sahələrini əhatə edib. Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. İşlə təmin olunanlardan 68 nəfərini gənclər, 11 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 48 nəfərini isə qadınlar təşkil edir. Əmək yarmarkalarında, həmçinin sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 1 nəfərin kvota (norma) yerinə göndərilməsi təmin edilib. 2019-cu ilin aprel ayında təşkil edilən əmək yarmarkalarının yekun təhlilinə əsasən məşğulluq mərkəzləri tərəfindən Naxçıvan şəhərindən 45, Şərur rayonundan 43, Babək rayonundan 30, Ordubad rayonundan 27, Culfa rayonundan 32, Şahbuz rayonundan 15, Kəngərli rayonundan 36, Sədərək rayonundan isə 13 nəfər olmaqla, ümumilikdə, 241 nəfər müxtəlif xarakterli işlərlə təmin edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930