SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhid ailələri və qazilərə tibbi xidmət aksiyası keçirilib

Şəhid ailələri və qazilərə tibbi xidmət aksiyası keçirilib
4-10-2021, 21:05

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs şəhid ailələri Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərimizə ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir.
Ötən şənbə günü Vətən müharibəsi qazilərini və onların ailə üzvlərini evdə müayinə etmək üçün xəstəxananın həkim briqadaları Culfa və Kəngərli rayonlarında olub. Aksiyalarda şəhidlərin ailə üzvləri, həmçinin qazilərimiz və onların ailə üzvləri heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, digər tibbi xidmətlərdən yararlanıblar. Kəngərli rayonunda 15 nəfər həm xəstəxana, həm də ev şəraitində müayinələrdən keçirilib. 2 şəhid anasının dişlərinin müayinəsi və protez qoyulması ödənişsiz həyata keçirilib.

Laborator müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib. 3 nəfər göz xəstəliklərinin müayinəsi üçün mərkəzə dəvət edilib.
Xəstəxananın qəbul şöbəsinin müdiri Ramidə Bağırova bildirib ki, Culfa rayonunda 14 şəhid ailəsinin 60 üzvü 450 tibbi müayinədən keçirilib. Bir neçə xəstədə diz oynağı xəstəlikləri aşkarlanıb. Həmin nahiyənin oynaqlarına manipulyasiyalar olunub, xəstəxana tərəfindən dərmanlarla təmin edilib. 4 nəfər MRT müayinəsi və dərin tibbi müayinələr, 3 qazi isə rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Diş problemi olan şəhid valideynləri və həyat yoldaşlarının 4 implant əməliyyatı , 57 diş qapağının qoyulması və digər müalicələrini oktyabrın sonunadək başa çatdırmaq nəzərdə tutulub.
Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930