SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələri payız-qış mövsümü istismarı şəraitinə keçirilir

Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələri payız-qış mövsümü istismarı şəraitinə keçirilir
4-10-2021, 21:20

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki müdafiə alayının bazasında xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələ keçirilib.

Məşğələnin məqsədi texnikaların, avadanlıqların və cihazların sıradan çıxmasının, baş verə biləcək nasazlıqların və qəzaların aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsini təmin etməkdən,  texnikalara, aqreqatlara və mexanizmlərə TX-1 və    TX-2 həcmində qulluğun göstərilməsini, tələb olunan sənədlərin hazırlanması və işlənilməsi qaydalarının şəxsi heyətə öyrətməkdən ibarət olub.

3 təlim yerindən, 18 tədris nöqtəsindən ibarət məşğələnin nəzəri hissəsini Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov açaraq xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar imzalanmış əmrin və təlimnamələrin tələblərini şəxsi heyətə  çatdırıb.

Birinci təlim yerində texniki park sənədlərinin işlənilməsi qaydaları, parklarda daxili qayda-qanunun saxlanılması, mövsümi xidmət zamanı ideoloji işin və tibbi təminatın təşkili, avtomobil texnikalarına mövsümi xidmət zamanı istifadə olunan yanacaq-sürtkü materialları, karbürator və dizel mühərrikli avtomobillərə, mühəndis avadanlıqlarına, minaaxtaranlara, su nasoslarına, elektrostansiyalara, qaynaq aparatlarına, fərdi mühafizə vasitələrinə, rabitə cihaz və avadanlıqlarına, səhra mətbəxlərinə, xilasedici qayıqlara və dalğıc avadanlıqlarına mövsümi xidmətin göstərilməsi qaydaları məşğələ rəhbərləri tərəfindən izah olunub. Həmçinin mühəndis texnikalarına, avtokranlara, traktorlara və digər avtomobillərə texniki xidmətin necə göstərilməsi barədə məlumat verilib.

İkinci təlim yerində qəza-xilasetmə, yük-sərnişin və əməliyyat-minik avtomobillərinə, motosikletlərə, akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi izah olub, alpinist avadanlıqlarına və digər xilasetmə vasitələrinə mövsümü xidmətin aparılması qaydları barədə məlumat diqqətə çatdırılıb.

Daha sonra məşğələyə yekun vurulub, xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçid dövrünün təyin olunmuş müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı komandir-rəis heyətinə tapşırıqlar verilib.

 

 

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930