12:21 - Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
11:56 - İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
11:52 - Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
Naxçıvan Bölməsinin gənc əməkdaşları ilə görüş olub
AMEA-nın Naxçıvan Bölməsində çalışan gənc əməkdaşlarla görüş olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyev yığıncaqda çıxış edərək 21 sentyabr 2021-ci il tarixdə keçirilən müşavirədən irəli gələn vəzifələrlə bağlı gənc tədqiqatçıları məlumatlandırıb.
Akademik diqqətə çatdırıb ki, AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazası ilbəil təkmilləşdirilir, elmi tədqiqatların, çöl tədqiqatlarının aparılması üçün hərtərəfli şərait yaradılıb. Gənc tədqiqatçılar da öz növbəsində elmin inkişafına göstərilən diqqət və qayğıdan səmərəli istifadə etməli, öz sahələri çərçivəsində elmə xidmət etməyi bacarmalı, yüksək elmi əhəmiyyəti olan məqalələr beynəlxalq elmi ictimaiyyətinə təqdim olunmalıdır. İxtisaslı alim və tədqiqatçı-mütəxəssislərin hazırlanmasının önəmini vurğulayan bölmə rəhbəri gənclərin apardıqları tədqiqatların gedişatı ilə maraqlanıb.
Bölmə alimlərindən bəzilərinin də iştirak etdiyi tədbirdə gənclərin elmi təqdiqatları ilə əlaqədar qazandıqları nailiyyətlər təhlil olunmuş, qarşılaşdıqları problemlər dinlənilərək müvafiq tövsiyələr verilmişdir.