SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qars şəhərində Qars müqaviləsinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir

Qars şəhərində Qars müqaviləsinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir
1-10-2021, 21:39


Qars müqaviləsinin 100 illik yubileyi çərçivəsində Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Qars müqaviləsi ilə əlaqəli tarixi məkanlara ziyarət ediblər.  Qars valisi Türker Öksüz ilə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev tədbirin yüksək səviyyədə təşkilatçılığına görə  öz minnətdarlığını ifadə edib.  Vali öz növbəsində qonaqları salamlayaraq II Qarabağ zəfərinin 1 illiyi, Qars müqaviləsinin 100-cü ildönümü münasibətilə xalqımızı təbrik edib. İki tərəfli görüşdə qardaşlıq əlaqələrindan danışılıb. Sonra rektor Türker Öksüzə xatirə hədiyyələri olaraq Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş  ərazisinin xəritəsini, ali təhsil ocağının “Texnologiya” mərkəzində toxunan “Zəfər simvolu” xalçasını təqdim edib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Qars Qafqaz Universiteti rektoru ilə görüşdə hər iki ali təhsil ocağının qarşılıqlı əlaqələrindən danışılıb, birgə keçirilən konfransın əhəmiyyətindən söhbət açılıb. Hər iki universitetin müvafiq ixtisasları üzrə akademik və tələbə mobillik proqramları müzakirə edilib. Universitet rektorları bir-birinə xatirə hədiyyələri təqdim edib.

Sonra nümayəndə heyəti Türkiyədə Ulu öndərin həyat və fəaliyyətinin əks olunduğu Heydər Əliyev mərkəzini ziyarət ediblər. Qeyd edək ki, mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən kitablar, video materiallar, fotolar yer alıb. Burada həmçinin, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini əks etdirən  kitablar sərgilənib.  

Bildirilib ki, 2003-cü ildə ümummilli lider mərkəzdə olub, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərkəzi ziyarət edərək xatirə dəftərinə ürək sözlərini yazıb. Qeyd edilib ki, Azərbaycanın tanınmış şəxsləri, elm adamları, millət vəkilləri, ziyalıları da mərkəzi ziyarət ediblər.

Vurğulanıb ki,  universitetdə “Çağdaş türk ləhcələri və ədəbiyyat” bölümündə 2005-ci ildən “Azərbaycan dili və ədəbiyyatı ana bilim dalı” fənni tədris edilir. Naxçıvan Dövlət Universiteti ilə daimi əlaqələr quran mərkəzin fəaliyyətində ali təhsil ocağının professor-müəllim heyəti fəal iştirak edir. Diqqətə çatdırılıb ki, hər il ixtisas üzrə yüksək nəticə göstərən tələbələrin Naxçıvana səfərləri təşkil edilir və onlar unversitetdə keçirilən dil dərslərində iştirak edərək təcrübə əldə edirlər. Həmçinin bildirilib ki, mərkəzdə tələbələri əyani dil bacarıqlarının inkişafı üçün Azərbaycan filmləri də nümayiş olunur.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonda universitet adından kitablar  mərkəzə hədiyyə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031