SON DƏQİQƏ

naxcivanxeberleri.com

FHN Sədərəkdə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirib

FHN Sədərəkdə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirib
1-10-2021, 18:56


Naxçıvanda 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşаvirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulan tapşırıqların icrasına uyğun olaraq Sədərək rayonunda maarifləndirici tədbir  keçirilib.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Natiq Əliyev bildirib ki, mövsümə hazırlıqla əlaqədar rayonda kənd yaşayış məntəqələrində keçirilən reydlər zamanı vətəndaşlarla qaz və elektrik qızdırıcı cihazlarından istifadəsi zamanı təhlükəsizlik qaydalarına dair maarifləndirici söhbətlər aparılır və aşkar olunan nöqsanların müvafiq dövlət qurumları ilə birgə aradan qaldırılması təmin olunur.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət mayoru Hasil Məmmədov nazirlik tərəfindən payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə qaydaları, dəm qazından zəhərlənmə hallarının qarşısının alınmasından danışıb. Həmçinin idarə, müəssisə və təşkilatlara məxsus fərdi və mərkəzləşdirilən qazanxana sistemlərində texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, mövsümi qazanxana işçilərinin təlimatlandırılması, sertifikatı olan şəxslərin işə cəlb olunması istiqamətində aparılan tədbirlər barədə məlumat verib.

Sədərək Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Şakir Qənbərov, Sədərək Rayon Qaz İstismar Xidmətinin baş mühəndisi Adəm Əliyev, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin dövlət yanğın nəzarəti qrupunun baş inspektoru, daxili xidmət baş leytenantı Vüsal Seyidov və digər çıxış edənlər rayon ərazisində yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və israfçılıq hallarının qarşısının alınması məqsədi ilə görülən tədbirlər və qarşıda duran vəzifələrlərdən, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının əvvəlcədən alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərdən bəhs ediblər. Qeyd olunub ki, idarə, müəssisə, təşkilatların, ictimai yaşayış binalarının, qızdırılması üçün quraşdırılan 29 mərkəzləşdirilmiş və fərdi qazanxanada xüsusi aparatlar vasitəsilə texniki və yanğın  təhlükəsizlik vəziyyətinə baxışlar keçirilib, mövsümi qazanxana işçilərini əvvəlcədən təlimatlandırılıb, qazanxana maşinistlərinin müvafiq kurslara cəlb olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırlıb ki, pаyız-qış mövsümünə hazırlıq dövründə yaşayış məntəqələrində təbii qazdan və elektrik enerjisindən istifadə zamanı məsrəfçiliyin qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə 520 yaşayış evinə baxış keçirilib, yanğın cəhətdən təhlükəli оlan 7 elektrik, 11 şlanqla çəkilən qaz xətti dəyişdirilib, 19 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

Tədbirdə “Qaz cihazlarından istifadə qaydaları” ilə bağlı videoçarx və slaydlar təqdim edilib, iştirakçıların suallarına aydınlıq gətirilib.

 

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031