SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib
1-05-2019, 20:07

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLER.COM-a verilən məlumata görə, müvafiq kateqoriyadan olan uşaqların istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, may ayının 1-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın Rəssamlar Birliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib.
Dərsin keçilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlara rəssamlıq sənətini sevdirmək, onların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdan ibarətdir.

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilibNaxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031