SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xalçaçılıq təlimi keçirilib 

Xalçaçılıq təlimi keçirilib 
25-09-2021, 16:16

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il sentyabr ayının 25-də qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Təlimdə 10 sağlamlıq imkanları məhdud, 6 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 1 dərnək rəhbəri olmaqla, cəmi 17 nəfər qadın iştirak edib.

Komitənin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Sədərək Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Natiq Əliyev tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün həyata keçirilən xalçaçılıq təliminin də görülən işlərin davamı olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikada geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur.

Sonda təlimçi istedadlı xalça ustası Həcər Hümbətova təlimə əyani vəsaitlərdən istifadə etməklə başlamışdır.

 Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031