SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanşünaslıq Mərkəzində “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanşünaslıq Mərkəzində “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub
25-09-2021, 10:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində mətbu orqanın yubiley tədbiri keçirilib.


Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev açaraq “Şərq qapısı” qəzetinin muxtar respublikanın tarixi inkişaf yolunun işıqlandırılmasındakı böyük rolundan, ictimai-siyasi həyatın tarixiləşdirilməsindəki əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr verən, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynayan 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizələrdə misilsiz xidmətlər göstərmişdir.
Diqqətə çatdırılıb ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncamın imzalanması və bu Sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının bariz nümunəsidir .
Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq edir.
Vurğulanıb ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. Sayt 2019-cu ildə yenilənib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür. Naxçıvan həqiqətlərinin dünyaya düzgün çatdırılması, informasiya blokadasının yarılması, informasiya təminatı kimi mühüm məsələlərin düşünülmüş şəkildə təşkilinin bəhrələridir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” müvafiq Sərəncamın imzalanması və bu Sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.
Diqqətə çatdırılıb ki, “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbirinin bu mərkəzdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Naxçıvanşünaslıq Mərkəzi Naxçıvanın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini, iqtisadiyyatını, sosial və ictimai dəyərlərini öyrənən elmi mərkəz, “Şərq qapısı” qəzeti isə bu missiyanı şərəflə davam etdirən dövlətçilik məktəbidir. “Şərq qapısı” qəzetinin özü də bir Naxçıvanşünaslıqdır, Naxçıvanı öyrənməyin bir yoludur, Naxçıvanşünaslıq elmi istiqamətinin istər Naxçıvanşünaslıq Mərkəzi, istərsə də kütləvi informasiya vasitələri tərəfindən inkişaf etdirilməsi və təbliği muxtar respublikada həyata keçirilən dövlətçilik siyasətinin bəhrəsidir. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.
Tədbirdə “Şərq qapısı” qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kitabxanaçısı İsmayıl Quliyev çıxış edərək Naxçıvanşünaslığın təbliğində “Şərq qapısı” qəzetinin rolundan söhbət açıblar.
Tədbirin sonunda Naxçıvanşünaslıq Mərkəzində yaradılan, “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı-100, “İsmayıl Hacıyev-70”, “Qars müqaviləsi-100”, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” adlı başlıqlardan ibarət sərgiyə baxış olub.

Gülcamal TAHİROVA

 

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031