SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda maarifləndirici seminar keçirilib

Şərur rayonunda maarifləndirici seminar keçirilib
24-09-2021, 17:00

Şərur Rayon Təhsil şöbəsinin akt zalında Şərur rayonu üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyindən bəhs etmiş, müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov qeyd edibdir ki, bütün təhsil müəssisələrində təhsilalanlar Səhiyyə Nazirliyi tərəfindən tibb xidməti ilə təmin edilmişlər. Bir sıra ümumtəhsil məktəblərində isə ayrıca tibb işçiləri fəaliyyət göstərirlər. Müvafiq müəssisələrdə tibb xidməti müəssisənin iş rejiminə uyğun şəkildə təşkil edilir. Təhsilalanların profilaktik müayinəsi, profilaktik peyvəndlərin aparılması müəssisə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilir. Abdulla Əsgərov hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasından, onların müayinə və müalicəsinə göstərilən diqqətdən, dispanserizasiyanın təşkilindən geniş bəhs edərək, bütün təhsil müəssisələrində tibbi xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunması üçün səylərin daha da artırılacağını bildirdi.

Şərur Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin direktoru Məhərrəm Qədimov qeyd etmişdir ki, dərs ilinin əvvəlində və hər tətildən sonra tibb bacısı tərbiyəçilərlə birlikdə 2-3 gün ərzində bütün uşaqları profilaktik baxışdan keçirməlidirlər. Xəstə olanlar təcili həkimə göstərilməli, direktorluq və sinif rəhbərinə xəbər verilməlidir. Uşaqların səhhətini və kliniki göstəricilərini nəzərə alaraq həkim lazım bilirsə, onlar üçün rəhbərlikdən əlavə istirahət günü tələb etməlidir. Bütün uşaqların sağlamlığına aid olan tədbirlərə tibb işçiləri və müəllimlər daim nəzarət edib, yüksək məsuliyyətlə yerinə yetirməlidirlər. Gələcək nəslin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün öz vəzifə borcları tam yerinə yetirilməli və bütün imkanlardan istifadə edilməlidir. Uşaqların müqaviməti yüksəldilməlidir, çünki II sağlamlıq qrupuna aid olanlar da “risk” qrupuna aiddir, onlar tez-tez xəstələnir və immuniteti zəif olan uşaqlardır. Bu uşaqların xroniki xəstəliklərə düçar olmamaları üçün onlar daim diqqətdə saxlanılmalıdırlar. III, IV, V sağlamlıq qruplara aid olanlar müxtəlif ixtisaslı həkimlərin nəzarətində müalicə olunmalı və qoruyucu rejimdə yaşamalıdırlar. Uşaq müəssisələrində təhsil alan uşaqların, dişlərində kariyes xəstəliyi, dayaq-hərəkət sisteminin patologiyası, yastı pəncəlilik, qurd xəstəliyi aşkar olan uşaqlar, xüsusi idman qruplarına aid olanlar vaxtlı-vaxtında lazımi müalicə-profilaktik tədbirləri ilə daim təmin olunmalıdırlar. Həmçinin bildirmişdir ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində uşaqların sağlamlığı ilə əlaqədar müəssisədaxili tələblər mövcuddur. Belə ki, uşaq müəssisələrində uşaqların sağlamlıqlarının qorunması, möhkəmləndirilməsi və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə sanitar-gigiyena tələblərinə əməl edilməli, uşaqlara şəxsi gigiyena vərdişləri (əllərin sabunla yuyulması, dişlərin fırçalanması, dırnaqların və paltarların təmizliyi) aşılanmalı, infeksion xəstəliyə yoluxmuş uşaqların həmin xəstəliyə məxsus karantin müddəti bitməmiş müəssisəyə buraxılmaması (məsələn: qripdə 5 gün, su çiçəyi, qızılcada 20-21 gün) təmin edilməlidir. Həmçinin müəssisənin ümumi sanitar vəziyyətinin yaxşılaşdırılması üçün, ayda bir dəfə “sanitariya günü” keçirməlidir. Eyni zamanda müəssisələrdə aparılan təmizlik və dezinfeksiya işlərinə, sanitar qovşaqların hər gün 1%-li xlor məhlulu ilə silinməsinə, dərs otaqlarının döşəmə və divarlarının, soyunub-geyinmə otaqlarınfın, bufetin döşəməsinin, tibb məntəqəsinin, dəhlizlərin həftədə 1 dəfə 0,5 %-li xlor məhlulu ilə silinməsinə nəzarət edilməlidir. Dezifeksiyaedici maddələr (xlorlu əhəng və s.) vaxtlı-vaxtında ərazi Gigiyena Epidemiologiya mərkəzlərindən tələbnamə ilə götürülməli, pedikulyozun aşkarlanması məqsədilə hər ay seçmə yolu ilə 4-5 qrupda tibb işçiləri tərəfindən şagirdlərə baxış keçirilməlidir. Müəsissədə epidemioloji vəziyyət yaranarsa, bufetdə işlədilən qab-qacağın (stəkan, nəlbəki və s.) 2%-li çay sodası məhlulunda qaynadılma yolu ilə dezinfeksiyasına nəzarət edilməlidir. Müəssisənin bufetlərinə daxil olan ərzaqların təhlükəsizliyinə diqqət edilməlidir. Həmçinin bildirmişdir ki, yeməkxanası olan müəsissələrdə gündəlik menyunun tərtibində iştirak edilməli, hər gün hazırlanan yeməyin gündəlik nümunəsi götürülüb qapalı şüşə qabda 48 saat 2-6 dərəcədə soyuducuda saxlanılmalıdır. Bütün uşaq müəssisələrinin işçiləri, o cümlədən qida blokunda və ya bufetdə çalışan işçilər vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidirlər.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılmışdır.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031