SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maliyyə tədris mərkəzində təkmilləşdirici təlimlər keçirilib

Maliyyə tədris mərkəzində  təkmilləşdirici təlimlər keçirilib
23-09-2021, 20:01

20-24 sentyabr tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm Tədris Mərkəzinin Sertifikatlaşdırma və İmtahanların təşkili  şöbəsinin müdiri Gülşən Orucova Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçib. Təlimdə Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Statistika Komitəsi, Antiinhisar və İstehlak Bazarına  Nəzarət Dövlət Xidmətinin baş mühasibləri daxil olmaqla büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.

Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimi giriş sözü ilə açan  Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova  Maliyyə Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışıb. Bildirib ki, qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsini tələb edir. Bu tələblərə cavab vermək üçün mühasiblərin və maliyyə mütəxəssislərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsi  qarşıda duran əsas vəzifə sayılır.  İstər ölkə daxili, istərsə də beynəlxalq səviyyədə ikitərəfli əmkdaşlıqların möhkəmləndirilməsi bu vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın tədris və təlim proseslərinin yeni dövrün tələblərinə uyğun qurulması,  mütəxəssislərin təlim proseslərinə cəlb edilməsi, təcrübə mübadiləsinin aparılması  və müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində faydalı olacağı qeyd edilib.

Dörd moduldan ibarət olan təlimdə peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları, büdcə təşkilatlarında baş verən müxtəlif əməliyyatların memorial order forması əsasında sintetik uçotunun aparılması, əsas fondların və qeyri-maddi aktivlərin  amortizasiyasının uçotu, təmir məsrəfləri, aktiv və öhdəliklərin inventarizasiyasının  mühasibat uçotunda əks etdirilməsi qaydaları, həmçinin Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının tərtib və təqdim edilməsi həm nəzəri, həm də praktiki olaraq izah edilib.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra, dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

 

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031