16:05 - Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb-FOTO
16:00 - Maya Sandu: "Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir"
15:55 - Ərdoğan BƏƏ Dövlət naziri ilə telefonla danışıb
15:50 - Son üç ayda Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
“Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək” mövzusunda açıq dərs keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək” mövzusunda açıq dərs keçirilmişdir.
Mərkəzdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, açıq dərsi giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev tələbələrə mərkəz haqqında ümumi məlumat vermişdir. Qeyd olunmuşdur ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin hər yerində olduğu kimi böyük bir tarixi keçmişə malik olan Naxçıvan Muxtar Respublikasında da bölgənin tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır. Təşkil olunan elmi ekspedisiyalar, aparılan arxeoloji tədqiqatlar Naxçıvanşünaslığın digər istiqamətlərinin də öyrənilməsinə ciddi əsas yaratmışdır. Naxçıvanşünaslığa aid çoxlu sayda monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.
Qeyd olunmuşdur ki, ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətinin bütün istiqamətlərinin ardıcıl olaraq təkminləşdirilməsi həyata keçirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür.
Daha sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov çıxış edərək, tələblərə Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək olan tarix ilə bağlı geniş məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.Azərbaycan arxeoloqlarının apardıqları qazıntılar nəticəsində sübut olunmuşdur ki, Naxçıvanda hələ Paleolit dövründə ən qədim insanların ilk yaşayış məskənləri olmuşdur. Həmçinin Naxçıvan Tunc dövrü abidələri ilə də olduqca zəngindir. Dünya miqyaslı I Kültəpə, II Kültəpə , Ovçulartəpə, Maxta və b. abidələrdən tapılmış arxeoloji materiallar bunu aydın sübut edir. Zəngin dövlətçilik ənənələrinə malik olan Naxçıvan şəhəri sonralar Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə çevrilmişdi. Naxçıvan, eyni zamanda Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafında da mühüm rol oynamışdır.
Daha sonra xanlıqlar dövrünədək tarixi hadisələr haqqında geniş məlumat verilmiş və tələbələrin sualları cavablandırılmışdır.