SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici tədbirlər davam edir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici tədbirlər davam edir
23-09-2021, 13:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə səhiyyə müəssələrində maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində həyata keçirilib.

 Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin illik iş planına uyğun olaraq keçirilən tədbirdə Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova səhiyyə müəssələrində mülki müdafiə işinin aparılmasından bəhs edib. İşçilərin hazırlığının təmin olunmasına qoyulan əsas tələblər barədə məlumat verib.

Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova payız-qış mövsümündə yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinin vacibliyindən danışıb. Tibb işçilərinə dəm qazı ilə zəhərləmə zamanı davranış və fəaliyyət qaydalarını izah edib.

Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031