SON DƏQİQƏ

naxcivanxeberleri.com

Payız-qış aylarında koronavirus arta bilərmi? – Baş infeksionistdən açıqlama

Payız-qış aylarında koronavirus arta bilərmi? – Baş infeksionistdən açıqlama
17-09-2021, 13:29

Payız-qış aylarında kəskin respirator virus xəstəliklərinin artması ilə yanaşı koronavirusun da artacağı barədə cəmiyyətdə fikirlər səsləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, payız-qış aylarında ənənəvi olaraq qrip və digər kəskin respirator virus xəstəliklərinin fəsli artımı baş verir:

“Bunlardan qorunma tədbirləri koronavirus infeksiyasından qorunma tədbirləri ilə üst-üstə düşür. Beləliklə, bu viruslarla və koronavirus infeksiyası ilə yoluxmaların artmasını sürətləndirən səbəblər təmasların artması və bağlı məkanlarda insanların daha çox toplanması, soyuq aylarda immunitetin zəifləməsidir.

Bu yayılmanın sürətini azaldan faktorlar isə əhalinin profilaktik qaydalara nə qədər ciddi əməl etməsi və vaksinasiyanın kütləviliyinin təmin olunması ilə bağlıdır. Bu faktorların nəticəsində payız-qış mövsümündə koronavirusa, qripə və digər respirator infeksiyalara yoluxmaların sayı müəyyən ediləcək”.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930