SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qazanxanalarda maarifləndirici tədbir keçirilib

Qazanxanalarda maarifləndirici tədbir keçirilib
16-09-2021, 21:01

28 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşаvirədə Nazirliyin qarşısına qoyulmuş tapşırıqların icrasına uyğun olaraq Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə  maarifləndirici keçirilib.

Payız-qış mövsümünə hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə, təşkilatların, ictimai yaşayış binalarının qızdırlması üçün quraşdırılmış qazanxanalarda həmçinin qış mövsümü dövründə yaşayış məntəqələrində qaz cihazlarından düzgün istifadə zamanı yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində yaşayış sahələrində vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri xüsusi aparatlar vasitəsilə idarə, müəssisə və təşkilatlara məxsus fərdi və mərkəzləşdirilmiş 782 qazanxanadan 371 qazanxananın texniki və yanğın  təhlükəsizlik vəziyyətinə baxışlar keçirmiş hazırda bu istiqamətdə işlər plana uyğun olaraq davam etdirilir. 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ilə birlikdə, mövsümi qazanxana işçiləri əvvəlcədən təlimatlandırmış, qazanxana maşinistlərin müvafiq kurslara cəlb olunması ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır. 2021-ci il ərzində 145 nəfər müdavim  kurslara cəlb olunub 101 nəfər müdavim kursu bitirib. Hal-hazırda Şərur şəhər Texniki Peşə və Sürücülük Məktəbində 20, Ordubad şəhər Texniki Peşə və Sürücülük Məktəbində 24 nəfər olmaqla ümumilikdə 44 nəfər qazanxana maşinisti ixtisası üzrə kurslarını davam etdirir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən qazanxana maşinisti və gözətçi kurslarının müdavimləri ilə əməyin mühafizəsi, siqnalizasiya, elektrik avadanlıqları və yanğın təhlükəsizliyinə nəzarət fənlərindən dərslər keçirilir.

 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031