SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyin edilib

Bu il Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyin edilib
16-09-2021, 11:38

"Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib, o cümlədən 11 min şəxsə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031