SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən ay ölkə əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib

Ötən ay ölkə əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
16-09-2021, 14:30

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin avqust ayı ərzində 58 şəhər və rayonda 388 969 vətəndaşa 1 477 981 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 636 930 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 299 760-ı ambulator, 178 221-i isə stasionar şəraitdə göstərilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, cari ilin avqust ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (475) və Şirvan (211) şəhərləri, Yevlax (197), Ağdaş (194), Qəbələ (192), Göygöl (186), Beyləqan (181), Qax (169), Xaçmaz (165) və Ucar (163) rayonları.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (135 071), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (110 851), Yevlax (74 776), Xaçmaz (74 735), Quba (54 458), Şəki (54 240), Ağdaş (53 416), Bərdə (42 163), Göyçay (37 689) və Qusar (37 534 ) rayon mərkəzi xəstəxanaları.

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Bərdə, Ağdaş, İsmayıllı və Göyçay rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş, Quba, Xaçmaz, Qusar, Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Salyan rayon mərkəzi xəstəxanaları.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin avqust ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Bərdə-Yevlax TƏB (319 426), Şəki-Zaqatala TƏB (208 396), Quba-Xaçmaz TƏB (208 265), Gəncə TƏB (174 234), Şəmkir-Tovuz TƏB (106 143), Göyçay-Kürdəmir TƏB (105 249), Dağlıq Şirvan TƏB (101 026), Ağdam-Ağcabədi TƏB (98 174), İmişli-Sabirabad TƏB (59 752), Lənkəran TƏB (57 191) və Cəlilabad-Salyan TƏB (40 125).

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031