SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Bilik günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində Bilik günü qeyd edilib
15-09-2021, 23:18

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq professor-müəllim heyətini və tələbələri təbrik edib, yeni dərs ilində hər kəsə elmi nailiyyətlər azru edib.Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Rektor diqqətə çatdırıb ki, bu il də universitetdə elmin, biliyin təntənəsi kimi qeyd olunan əlamətdar Bilik gün yüksək əhval-ruhiyyə ilə qarşılanıb. Vurğulanıb ki, 2020-2021-ci tədris ili universitet tarixində bir çox uğurlarla yadda qaldı, yeni tədris ilində isə qarşıda daha böyük işlər dayanır.  Rektor qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində universitetin maddi-texniki bazası hər il gücləndirilir, yeni tədris korpusları istifadəyə verilir və ali təhsil ocağının beynəlxalq əlaqələri genişləndirilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” imzaladığı Sərəncama əsasən bu il iyunun 16-da Texnoparın təməli qoyulub. Bu da muxtar respublikada təhsil sahəsində həyata keçirilən tənzimləmələrin və bu sahədəki islahatların sosial və məntiqi davamı olaraq da çox əlamətdardır.Həmçinin rektor universitet ərazisini bütünülüklə əhatə edən abadlıq-quruculuq, təmir-bərpa işlərindən danışıb, universitet rektorluğunun tikisinin başlandığına diqqəti çəkib. Elbrus İsayev vurğulayıb ki, Musiqi Kollecinin universitetin tabeliyinə verilməsi də peşəkar musiqiçi kadrların yetişməsinə zəmin yaradacaq. Bundan başqa ali təhsil ocağının beynəlxalq əlaqələrinin genişləndirilməsi diqqətə saxlanılaraq ikili diplom layihələrinə start verilməsi bu sahədə atılan uğurlu addımlardandır- deyə rektor qeyd edib. Bilidirlib ki, bu il universitet beynəlxalq reytinq cədvəlində irəliləyib və dünyanın ən yaxşı universitetləri sırasına daxil olub.Bu da professor-müəllim heyətinin nüfuzlu elmi nəşrlərinin sayının artması və tələbələrin yüksək nailiyyətlər əldə etməsi ilə əlaqəldardır.

 Görülən işlərin nəticəsi olaraq yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetini seçən tələbələrin sayı bu il də artan dinamika ilə müşahidə edilib.Elbrus İsayev vurğulayıb ki, 2021-2022-ci tədris ilində bakalavr səviyyəsi üzrə 92 faiz , magistratura səviyyəsi istiqamətində  isə 95 faiz qəbul planı təsdiq olunub. Bildirilib ki, Naxçıvan ali təhsil müəssisələri içərisində ilk dəfə tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisası üçün 15 qəbul yeri nəzərdə tutulub. Bununla yanaşı, ilk dəfə olaraq magistratura təhsil  səviyyəsində də  tədrisi ingilis dilində olan “İqtisadiyyatın tənzimlənməsi ” ixtisaslaşması üzrə qəbul aparılıb. Qeyd edilib ki, universitet xarici tələbələrin qəbulu sayına görə də ölkə universitetləri arasında öz öncüllüyünü qoruyub saxlayır. Bu tədris ilində 500-ə yaxın  əcnəbi tələbə Naxçıvan Dövlət Universitetini seçib.

Qeyd edilib ki, yeni tədris ilində elektron tədris sistemi tam qurulub və universitetdə “Psixologiya”, “Hərbi tibb”, “Yer quruluşu və daşınmaz əmlakın kadastrı”, “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “beynəlxalq ticarət və logistika”, “Filologiya(Azərbaycan dili və Ədəbiyyatı göstərilməklə)”, “Dövlət və ictimai münasibətlər” olmaqla 8 yeni ixtisas açılıb və yeni qəbul aparılan ixtisaslar 100 faiz dolub.

Sonra yüksək bal toplayan I kurs tələbəsi Bəhriyə Mustafayeva tələbələr adından və onun valideyni Namiq Mustafayev valideynlər adından göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Daha sonra muxtar respublika ümumtəhsil məktəbləri bitirərək 600-dən yuxarı bal toplayıb Naxçıvan Dövlət Universitetini seçən tələbələrə hədiyyələr təqdim olunub.

Tədbir İncəsənət fakültəsinin müəllim və tələbə heyətinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

Bilik günü münasibətilə universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasında müəllim və tələbələrin dərs zamanı istifadə edəcəyi bir çox əyani vəsaitlərin olduğu “Coğrafiya fondu” otağının açılışı olub.Otaq coğrafi təbəqəni, Yerin daxili quruluşunu, vulkan kəsiyini göstərən modellər, çay terraslarını, yarğanları, çay dərəsinin inkişafını, suayırıcıları özündə əks etdirən əyani vəsaitlər, faydalı qazıntı nümunələri, daşlaşmış bitki, heyvan qalıqlarını əks etdirən əyani vəsaitlərlə təmin olunub. Kafedranın müəllim və tələbələrin hazırladığı suyun buxarlanmasını, buludun yaranmasını , yağışın yağmasını, ildırım və şimsək çaxmasını əks etdirən vəsaitlərdiqqəti cəlb edir.

Fəxriyyə Səyyadova NDU-nunTeleviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031