SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda məktəblər açılıb

Naxçıvanda məktəblər açılıb
15-09-2021, 09:30

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.

-NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə start verilib.

Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris iki növbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturmasıdır.

Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930