SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin vaxtı açıqlandı

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin vaxtı açıqlandı
14-09-2021, 22:15

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə 15 sentyabr saat 11:00-da start veriləcək.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən mətbuata verilən məlumata görə, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimlərində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək:

"Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930