SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ədliyyə Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyini ziyarət edib

Ədliyyə Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyini ziyarət edib
30-04-2019, 11:04

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən dövrün müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır.

Muzeylər sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanıldığı yer deyil, əslində elm, maarif müəssisəsidir. Tariximizin, mədəniyyətimizin təbliğ olunmasında, insanların maarifləndirilməsində muzeylərin əvəzsiz rolu vardır.
Muxtar respublika rəhbərliyinin bütün sahələrə olduğu kimi muzey sahəsinə də göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu sahə də kifayət qədər inkişaf etmiş, ziyarət olunmaq üçün hər kəsin maraq dairəsinə çevrilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Ədliyyə Nazirliyinin əməkdaşları aprel ayının 27-də Naxçıvan şəhərində yerləşən Ədəbiyyat Muzeyində olmuşlar. “Muzey günləri” çərçivəsində reallaşan tədbirdə əməkdaşlara muzeylə bağlı geniş məlumat verilmişdir. Bələdçi bildirmişdir ki, muzey 1966-cı ildə yaradılmışdır. Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, kiçik hekayənin böyük ustadı, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin ölkəmizdə geniş surətdə qeyd olunduğu günlərdə 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində Ədəbiyyat Muzeyinin açılışı olmuş və muzeyə böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin adı verilmişdir. Açılış zamanı muzeydə 98 eksponat var idisə, hazırda onların sayı 20 mindən çoxdur. 3 zaldan ibarət muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Muzeyin əsas missiyası qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir.
Ekspozisiyada klassik Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.
Nazirliyin kollektivinə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilmişdir. Ədliyyə işçiləri ekspozisiyada olan Nizami Gəncəvi, Əcəmi Naxçıvani, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Nəriman Nərimanov, Hüseyn Cavid, Əhməd Cavad, Almaz İldırım, Əbdürrəhman bəy Haqverdiyev, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimova və başqa görkəmli ədəbiyyat ustalarına məxsus yaradıcılıq nümunələri, eyni zamanda Naxçıvan torpağının yetirməsi olan ədəbiyyatçılar guşəsində Heyran Xanım, Qönçəbəyim, Məmməd Tağı Sidqi, Eynəli Bəy Sultanov, Əliqulu Qəmküsar, İslam Səfərli, Adil Babayev, Məmməd Nəsirli, Hüseyn Razi, Məmmədhüseyn Təhmasib, Abbas Zamanov, Yavuz Axundlu, İsa Həbibbəyli və başqalarının yaradıcılığı haqqında məlumatlarla tanış edilmişlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031