SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda narkotik və psixotrop maddələr məhv edilib

Naxçıvanda narkotik və psixotrop maddələr məhv edilib
30-04-2019, 09:00

Naxçıvan Muxtar Respublikasının müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını yandırmaqla məhv edib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası məhkəmələrinin qərarlarına əsasən, ümumilikdə, 19 iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ayrıca bağlamalarda saxlanılan ümumi çəkisi 103 kiloqram 315 qram 577 milliqram olan heroin, 56 qram 175 milliqram qurudulmuş marixuana, 44 qram 187 milliqram həşiş qatranı, 8 kiloqram 343 qram 975 milliqram tiryək narkotik vasitələri, 100 qram 72 milliqram metamfetamin, 43 ədəd metadon psixotrop maddələri və 190 tablet psixotrop tərkibli dərman naturada üzləşdirilib. Üzləşdirmə zamanı bağlamaların açılmadığı və möhürün yerində olduğu müəyyən edilib. Sonra narkotik vasitələr, psixotrop maddələr və onların prekursoru Naxçıvan şəhərinin Babək məhəlləsindəki qazanxanada yandırılmaqla məhv edilib. Əlavə olaraq muxtar respublika hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələr də yandırılmaqla məhv edilib.

"Şərq qapısı"

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930